Misli Premyer Liqasının XXVII turunun “Turan Tovuz”la oyunu “Sumqayıt” üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Premyer Liqada 400-cü qolu vurub.
2:1 hesabı ilə qalib gələn qonaqların ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topun müəllifi 64-cü dəqiqədə fərqlənən Bobir Abdixolikov olub.
“Sumqayıt” Azərbaycan çempionatları tarixində 400 və daha çox qol vuran 9-cu komanda olub.
Sumqayıtın eyniadlı təmsilçisi “400”ə 427-ci oyunda çatıb. Bu qollrdan 210-u ev, 190-ı səfər matçlarında vurulub.
Qeyd edək ki, “Sumqayıt”ın Premyer Liqadakı 1-ci qolunu Eşqin Quliyev 2011/12 mövsümündə vurub. O, 2011-ci il avqustun 6-da "Xəzər Lənkəran”la səfər matçında (1:2) fərqlənib.
- II Liqada VIII turun təyinatları açıqlanıb
- Premyer Liqa: "Şamaxı" "İmişli"ni məğlub edib - YENİLƏNİB
- Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli olub
- Azərbaycan derbisinə doğru: Noyabr
- "Neftçi" və "Qarabağ" arasında baş tutan matçların 45-də hər iki komanda qol vurmağı bacarıb