"Sumqayıt"ın Müşahidə Şurasının üzvü vəfat etdi
12.04.2025 - 14:36
"Sumqayıt"ın Müşahidə Şurasının üzvü vəfat etdi

Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov vəfat edib.

Apasport.az xəbər verir ki, bunu “Sumqayıt” klubunun mətbuat xidməti açıqlayıb.

Futbol veteranı 73 yaşında dünyasını dəyişib. Federasiya prezidenti həm də "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının üzvü olub.