"Sumqayıt"ın rəqibi yeni transferi reallaşdırdı
18.07.2024 - 19:44

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Fehervar” heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az klubun saytına istinadən xəbər verir ki, Macarıstanın təmsilçisi ölkənin digər klubu MTK-nin hücumçusu Matyas Kovaçı bir mövsümlük icarəyə götürüb.
21 yaşlı futbolçu Macarıstanın U-21 millisinin şərəfini qoruyur.
“Sumqayıt”la “Fehervar” arasında ilk görüş iyulun 25-də, cavab qarşılaşması isə 31-də olacaq.
0
0