Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandası Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına yeni məşqçilər heyətinin rəhbərliyi altında yollanacaq.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, yığma müvəqqəti olaraq, gənclərdən və yeniyetmələrdən ibarət millilərin baş məşqçilərinə həvalə edilib.
Krakov-2023-də baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovu müvafiq olaraq, Məmməd Abdullayevlə Rəşad Məmmədov əvəzləyəcəklər. Onların qarşısına maksimum yüksək nəticə qazanmaq hədəfi qoyulub.
Qadınlardan ibarət yığma isə Oyunlarda dayanq üzərinə baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında çıxacaqlar.
Ölkəmiz III Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunacaq. Krakov-2023-də Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) qüvvəsini sınayacaq.
Komandaya ümumi rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Polşada ölkəmizi hakimi kimi isə beynəlxalq dərəcəli referi Aygül Abdullayeva təmsil edəcək.
Qeyd edək ki, Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək