Dekabrın 7-də Rumıniyanın paytaxtı Buxarestdə 21 yaşadək taekvondoçular arasında Avropa çempionatı start götürəcək.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federaasiyasının mətbuat xidməti açıqlayıb.
3 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.
Kişilərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov Avropa çempionatında Səyyad Dadaşov, Xıdır Məmmədov (hər ikisi 54 kq), Rahid Vəliyev (58 kq), Pərviz İsgəndərov (63 kq), Vaqif Hacıyev (68 kq), Nicat İsmayılzadə (74 kq) və Eltac Qafarova (80 kq) şans verəcək.
Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Park isə qitə birinciliyində Zemfira Həsənzadə (46 kq), Məryəm Məmmədova (49 kq), Səmərrux Osmanova, Səidə Əliyeva (hər ikisi 53 kq), Leyla Bəşirova (57 kq) və Fatimə Məcidovanı (62 kq) sınayacaq.
Komandaya rəhbərliyi Azərbaycan Teakvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək.
Avropa çempionatında beynəlxalq dərəcəli referimiz Aygül Abdullayeva isə ədalət təmsilçiləri sırasında yer alacaq.
Qeyd edək ki, yığmamız yarışa bu gün yollanıb.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib