Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatına son hazırlıqlar üçün Şamaxıya yollanıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Reza Mehmandostun rəhbərlik etdiyi yığma rayonun Olimpiya İdman Kompleksində təlim-məşq toplantısı keçir.
Hazırlığa ölkəmizi mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək dünya çempionatında təmsil edəcək taekvondoçular qatılıb.
Toplanışın gedişatı ilə yerində tanış olmaq üçün Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev və İdarə Heyətinin üzvü Vüqar Məmmədov da Şamaxıya yollanıblar. Komanda ilə görüşən rəhbərlik onlara doğma divarlar arasında keçiriləcək mundialda böyük ümidlər bəsləndiyini bildiriblər.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb