Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında keçirilən "Təhlükəsiz idman hamı üçün" mövzusunda seminara yekun vurulub.
Apasport.az xəbər verir ki, bu barədə MOK-un mətbut xidməti məlumat yayıb.
Seminarın ikinci günündə çıxış edən MOK-un idman şöbəsinin baş məsləhətçisi, Təhlükəsiz idman üzrə Beynəlxalq Olimpiya Komitəsinin setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev əvvəlcə iştirakçıları Təhlükəsiz idman mövzusunda məlumatlandırıb. O, fiziki tərbiyə müəlliminin səhvi, şagirdlərin zərərləri, psixoloji səhvlər, təlim (dərs) prosesində səhvlər, təşkilati və davranış səhvləri, xəsarət və nəticələrin nümunələri və digər mövzular barədə danışıb.
Təhlükəsiz idman üzrə məsləhətçi Ayan Xankişiyeva isə təlim iştirakçılarını qrup tapşırığı üzrə istiqamətləndirərək, onların mövzunu daha dərindən mənimsəməsi və təhlükəsizlik qaydalarını praktik şəkildə tətbiq etməsi ilə yanaşı, müzakirələrin aparılmasına da rəhbərlik edib.
Tədbirin sonunda seminarda iştirak edən təlimçilərə sertifikatlar təqdim edilib. Tədbir çərçivəsində, həmçinin, fiziki tərbiyə müəllimləri ilə qrup şəklində interaktiv oyunlar və müzakirələr aparılıb.
Qeyd edək ki, proqramın əsas məqsədi olimpizmin əsas dəyərləri - "hörmət", "dostluq" və "mükəmməllik" haqqında məlumatların verilməsi və bu dəyərlərin gündəlik həyata inteqrasiya edilməsidir.
Ötən gün keçirilən seminarın ilk günündə MOK-un əməkdaşı Nərmin Kərimova Olimpiya dəyərlərinin tədrisi üzrə seçilmiş təlimçilərə OVEP layihəsinin metadologiyası və əsas komponentləri ilə bağlı geniş məlumat verib.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb