Azərbaycan idmançıları Türkiyənin İstanbul şəhərində davam edən Avropa Gənclər Paralimpiya Oyunlarında daha 6 medal qazanıblar.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz bu gün 4 idman növündə fəxri kürsüyə yüksəliblər.
Parataekvondoçuların mübarizəsində Amin Əliyev (K44, 63 kq) qızıl, Amin Şıxalıyev (K44, 63 kq) və İmran Bağırov (K44, 70 kq) isə bürünc medal qazanıblar.
Uzunluğa tullanmada paraatletimiz Ayşə Arabova (T11) 3.47 metr nəticə ilə Oyunların qızıl medalına sahib olub.
Paracüdoçumuz Hüseyn İsmayılzadə (J2, 70 kq) dairəvi formatda keçirilən yarışda türkiyəli və britaniyalı rəqiblərini məğlub edərək bürünc medalla kifayətlənib.
16 yaşlı paraüzgüçümüz Əli Vəliyev 100 metr məsafəyə sərbəst üzmə üsulunda qarışıq kateqoriyalar üzrə 1:02.15 nəticə ilə yeniyetmələr arasında (2009-2010) bürünc medal əldə edib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib