Ten Haq “Mançester Yunayted”də qalır
12.06.2024 - 01:40

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq gələn mövsümdə komandada qalacaq.
Apasport.az xəbər verir ki, klub rəhbərliyi 54 yaşlı niderlandlını klubda saxlamaq və 2025-ci ildə başa çatacaq müqavilənin uzadılmasını müzakirə etmək qərarına gəlib.
Qeyd edək ki, ötən mövsüm “Mançester Yunayted” finalda “Mançester Siti”yə qalib gələrək (2:1) İngiltərə kubokunun qalibi olsa da, premyer liqada “qırmızı şeytanlar” 8-ci yeri tutub.
0
0