“Turan Tovuz” yeni mövsüm planlarını indidən götür-qoy edir.
Apasport.az saytına verilən məlumata görə, Qərb təmsilçisi futbolçularla bağlı qərarlaşdırmalar aparır.
Klub hazırki heyətdən bəzi oyunçuları kollektivdə saxlamaq niyyətindədir. Bunlar arasında yerli futbolçular da var.
Belə ki, “bozqurdlar” “Neftçi”dən icarəyə götürdüyü İsmayıl Zülfüqarlı ilə yola davam etmək istəyir.
Müdafiəçi mövsümün əvvəlində bir sezonluq icarəyə götürülüb.
Onun “Neftçi” ilə müqavilə müddəti isə 2026-cı il iyunun 30-na qədərdir. Mövsümün sonunda isə məsələ daha da konkretliyini tapacaq.
Qeyd edək ki, 23 yaşlı futbolçu “Neftçi”nin yetirməsidir.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB