“Turan Tovuz” komandanın aparıcı üzvü olan Aleks Serranonun gedişini qətiyyət istəmir.
Fərdi ustalığı ilə seçilən ispan “Turan Tovuz”un əsas fiqurlarından birinə çevrilib.
Apasport.az saytına verilən məlumata görə, bölgə təmsilçisi təcrübəli futbolçuya daha bir illik müqavilə təklif edib.
30 yaşlı yarımmüdafiəçinin “Turan Tovuz”la sözləşmə müddəti 2025-ci il iyunun 30-na qədərdir. “Turan Tovuz” üçün Serranonu saxlamaq asan olmayacaq. Çünki ona Azərbaycan klublarından da təklif var. Serrano mövsüm bitəndə konkret qərarını açıqlayacaq.
Aleks “Sportinq Xixon”, “Malyorka”, “Salamanka”, “Talavera”, “Kornelya”, “Qurnik”, “Heber” komandalarında oynayıb. 2023-cü il iyunun 30-da “Turan Tovuz”a keçib.
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım