Türkiyə millisinin üzvü "Yuventus"un hədəfində
24.10.2025 - 15:10
Türkiyə millisinin üzvü "Yuventus"un hədəfində

"Yuventus" hücum xəttini yeni oyunçu ilə gücləndirmək istəyir. 

Apasport.az xəbər verir ki, "qoca sinyora" “Portu”nun forvardı Deniz Güllə yaxından maraqlanır.

Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, A Seriyası təmsilçisi 21 yaşlı hücumçunu qışda icarəyə götürməyi planlaşdırır. 

Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Deniz Gül 2024-cü ildən “Portu"nun şərəfini qoruyur.