
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Kütləvi Futbol Həftəsi çərçivəsində Ağcabədi Olimpiya Kompleksinin stadionunda 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.
Apasport.az xəbər verir ki, 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər.
Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, mütəxəssisi Orxan Mikayıllı və Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru Əfqan Həmzəyev təqdim ediblər.