Şotlandiyanın Qlazqo şəhərində veteranlar arasında Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız Vətənə dönüblər. Apasport.az saytının məlumatına görə, mötəbər turnirdə 5 qızıl, 9 bürünc qazanan, medalların əyyarına görə kişilərin komanda hesabında 4-cü olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Usta cüdoçularımız Fərhad Rəcəbli, Məmməd Məmmədov, Samir İsmayılov, Azər Fətullayev və İntiqam Ələkbərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıblar.
Azər Əsgərov, Vüqar Babayev, Vüqar Budaqov, Yamən Fətiyev, Babək Hacıyev, Rüfət İsmayılov, Hafiz Hacıyev, Məhəmməd Müslümzadə və Zaur Paşayev qitə çempionatının bürünc medalına sahib olub.
Qeyd edək ki, milli komandamız iki yaş kateqoriyası üzrə (30-40, 40-50) keçirilən komanda yarışlarında bürünc medala layiq görülüb.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək