Rafael Utziqin Azərbaycana qayıdaraq, məşqləri bərpa etməsi haqda ilk dəfə xəbər vermişdik.
Apasport.az saytına verilən məlumata görə, braziliyalı futbolçu əslində Azərbaycana qayıtmaq fikrində olmayıb.
Belə ki, Malayziya klublarından biri onunla müqavilə imzalamaq istəyib.
Hətta ona 1+1 illik müqavilə təklif edib. Amma Asiya təmsilçisi Utziqlə azad agent statusu ilə müqavilə imzalamaq istəyib.
Onlar Rafael üçün təzminat məbləği ödəmək istəməyib. Ona görə də braziliyalı çarəsizlikdən geri qayıtmağa məcbur olub. Çünki Rafaelin “Zirə” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər idi.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB