Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında V turun görüşləri başa çatıb.
Apasport.az xəbər verir ki, çempionatın lideri Vasif Durarbəyli ardıcıl beşinci qələbəsini qazanıb. Şahmatçı ağ fiqurlarla Şiroğlan Talıbovu məğlub etməklə uğurlu seriyanı davam etdirib.
İddialı Eltac Səfərli bu tur məğlubiyyət acısı yaşayıb. E.Səfərli qara fiqurlarla Məhəmməd Muradlıya uduzub. Vüqar Əsədli ağ fiqurlarla İsmayıl Şahəliyevi, Aydın Süleymanlı isə Abdulla Qədimbəylini təslim olmağa məcbur edib. Reytinq favorit Nicat Abasov ağ fiqurlarla oynayan Elvin Bayramovdan güclü olub. Murad İbrahimli –Ülvi Sadıqov duelində birinci qələbə qazanıb. Xəzər Babazadə isə Vüqar Manafovu xalsız qoyub.
Digər oyunlarda Şahin Vəliyev Fariz Əhmədovla bacarmayaraq məğlubiyyət acısı yaşayıb. Xaqan Əhməd bu dəfə də istədiyi nəticəni əldə edə bilməyib. 12 yaşlı şahmatçı İsmayıl Qurbanova məğlub olub.
5 turdan sonra maksimum xal toplayan Vasif Durarbəyli liderliyini davam etdirir. Hərəyə 3,5 xal toplayan Aydın Süleymanlı, Vüqar Əsədli, Məhəmməd Muradlı 2-4-cü pillələri bölüşdürür. Növbəti sıralarda Şiroğlan Talıbov, Nicat Abasov, Xəzər Babazadə və Murad İbrahimli qərarlaşıb. Onların aktivində 3 xal var.
Xatırladaq ki, 9 turdan sonra ilk 4 yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcək. Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq.
- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib