Sabah veteran cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində gerçəkləşəcək yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Yarışda 100-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Ölkə çempionatının keçirilməsində əsas məqsəd usta cüdoçuların veteranlardan ibarət milli komandaya cəlb olunması ilə yanaşı, gənc nəsilə örnək olaraq sağlam həyat tərzinin təbliği, təcrübəli idmançıların bacarıqlarının reallaşdırılması və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdir.
Yarış saat 10:00-da başlayacaq.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək