Voyislav Stankoviç: "Legioner limitinin ləğvi..."
09.07.2025 - 17:18
Voyislav Stankoviç: "Legioner limitinin ləğvi..."

"İlk növbədə, “Neftçi”yə uğurlar arzulayıram. Samir Abasov başda olmaqla, yeni futbolçular, orada işləyən hər kəsə uğurlar arzulayıram ki, yeni mövsüm işləri qaydasında getsin".

Bu sözləri Apasport.az saytına açıqlamasında "Neftçi"nin sabiq kapitanı Voyislav Stankoviç deyib.

O, komandanın yeni transferlərlə güclənə biləcəyinə ümid etdiyini deyib: “Neftçi”ni daim izləyirəm. Gördüm ki, komandaya bir neçə yeni transfer gətiriblər. Düzü, onların komandaya xeyir verib-verməyəcəyini deyə bilmərəm. Görək də, çempionat başlayanda necə oynayacaqlarını biləcəyik. Yeni mövsüm göstərəcək ki, onlar düzgün futbolçularla komandanı gücləndiriblər, ya yox. İndi bu haqda danışmaq erkəndir. Çox istəyərdim ki, yeni mövsüm “Neftçi” ən yüksək yerlər uğrunda mübarizə aparsın. Zaman hər şeyi göstərəcək".

Serb futbolçunun fikrincə, legioner limitinin tətbiq olunmaması Azərbaycan futbolu üçün yaxşıdır: "Legioner limitinin ləğvi Azərbaycan futbolu üçün yaxşıdır. Ümidvaram ki, Azərbaycan futbolu yeni, güclü legionerlərlə komandaları gücləndirəcək. Yüksək səviyyədə oynamaq istəyən yerli futbolçular üçün böyük rəqabət yaranacaq. Azərbaycanlı futbolçular Premyer Liqada oynamaq istəyirsə, asan olmayacaq. Onlar daha da çox işləməlidir".

Qeyd edək ki, Stankoviç 2019-ci ildən 2023-ci ilə qədər "Neftçi"də çıxış edib.