Rio-2016 Yay Paralimpiya Oyunlarında birinci olaraq fəxri kürsünün ən yüksək pilləsinə çıxan Ramil Qasımov ölkəmizə bu yarışlarda 9-cu qızıl medalı qazandırıb.
Belə ki, ilk dəfə 1996-cı ildə Atlanta Paralimpiadasına qatılan idmançılarımız ABŞ-dan medalsız dönüblər. Növbəti Sidney Paralimpiya Oyunlarında isə qazancımız sadəcə bir gümüş medal olub.
2004 Afina Paralimpiadasından başlayaraq isə yığmamız aktivinə qızıl medallar yazmağa başlayıb. İdmançılarımız Yunanıstanda ( İlham Zəkiyev – cüdo və Oleq Ponyutin – atletika) və Pekin-2008-də 2 (İlham Zəkiyev – cüdo və Oluxan Musayev – atletika), London-2012-də isə 4 (Ramin İbrahimov - cüdo, Oleq Ponyutin – atletika, Afaq Sultanova – cüdo və Natali Pronina – üzgüçülük) qızıl medal qazanıb.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı