“Final döyüşüm çox çətin keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri taekvondo yığmamızın üzvü Ayxan Tağızadə deyib.
IV İslam Həmrəyliyi Oyunlarında 68 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medal qazanıb. Tağızadə həlledici görüşdə İran təmsilçisi Seyidhüseyn Ehsanipetrudini böyük çətinliklə (9:7) məğlubiyyətə uğradıb.
Bununla bağlı danışan Ayxan final qarşılaşmasının çətin keçdiyini etiraf edib: “Son rəqibim iranlı idi. Bilirsiniz ki, taekvondoda iranlılar bizim kimi güclüdülər. Bir anlıq səhv etdim, lakin şükürlər olsun, qalib gəldim”.
Tağızadə İslamiadadakı qələbəsini anasına həsr etdiyini bildirib: “Mənim ən böyük fanatım anamdı, medalı ona həsr edirəm. Anam bütün yarışlarıma baxır. Hətta kiminlə qarşılaşacağımı məndən əvvəl bilir. Müəllimlərimə, şəxsi müəllimim olan atam Əvəz Tağıyevə, qardaşım Fərid Tağızadəyə də təşəkkürümü bildirirəm”.
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı