Hollandiya millisinin sabiq baş məşqçisi Lui van Qal Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatı haqqında fikirlərini bölüşüb. Apasport.az saytının “De Telegraaf”a istinadən məlumatına görə, holland mütəxəssis mundialda çıxış edəcək komandaların əksəriyyətinin müdafiə futboluna üstünlük verəcəyini deyib.
“Dünya çempionatından baxımlı futbol gözləməyə dəyməz. Mən belə düşünürəm. Zənnimcə, məşqçilərin əksəriyyəti zona müdafiəsindən istifadə edəcəklər. Başqa sözlə desəm, komandalar “avtobus futbolu” oynayacaqlar. Hamı başa düşür ki, belə bir oyuna tamaşa etmək əyləncəli deyil. Hətta ən yaxşı komandalara belə, bu tip müdafiələri yarmaq çətin olacaq” – deyə, Lui van Qal bildirib.
Qeyd edək ki, dünya çempionatına iyunun 14-də start veriləcək.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək