“Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev sabah növbəti döyüşünü keçirəcək. Apasport.az klubun saytına istinadən xəbər verir ki, kikboksçu nüfuzlu “Glory” seriyalı yarışda qüvvəsini sınayacaq.
Alim Hollandiyanın Rotterdam şəhərində baş tutacaq “Glory51” çərçivəsində döyüşəcək. Yarımorta çəki dərəcəsində çıxış edən Nəbiyevin rəqibi kamerunlu Sedrik Doumbe olacaq.
Bu döyüş 24 yaşlı Alimin ümumilikdə 55-ci, “Glory”də 3-cü qarşılaşması olacaq. Nəbiyev bu liqada keçirdiyi hər iki döyüşdən qalib ayrılıb. O, 54 döyüşdən 21-də nokautla qalib gəlib. Hesabında 68 qələbə, 1 heç-heçə və 5 məğlubiyyət olan Doumbe isə 39 dəfə nokautla udub.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq