“Avropa Oyunlarının 100 milyon manatdan az məbləğ sərf olunan açılış və bağlanış mərasimi üçün büdcədən əlavə məbləğ istənilməyib”. APA-nın xəbərinə görə, bunu Rusiyanın TASS agentliyinə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, Avropa Oyunlarının ümumi büdcəsində fərq manatın devalvasiyası nəticəsində meydana gəlib və bu, 134 milyon manat təşkil edib. Lakin arada yaranmış fərqə görə, Maliyyə Nazirliyindən əlavə məbləğ istənilməyib, həmin vəsait büdcəyə qənaət hesabına xərclənib.
A. Rəhimov qeyd edib ki, Avropa Oyunlarının ümumi büdcəsi 960 milyon manat təşkil edib.
"Biz əlavə dəyər vergisi də nəzərə alınmaqla 300 milyon manatdan çox qənaət etmişik", - deyə nazir bildirib.
- Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi ilə bağlı müzakirələr aparılıb
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”