Gənclər və idman naziri Azad Rəhimov “Bakı Kristal Zal”da Birləşmiş Ərəb Əmirliklərinin Şahmat Federasiyasının rəsmisi Rəşid Musabah Bin Keşaişlə görüşüb. Apasport.az saytının məlumatına görə, 42-ci Ümumdünya Şahmat Olimpiadası haqda danışan qonaq turnirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Həm qonaqlar, həm də iştirakçılar üçün lazımi şəraitin yaradıldığını bildirən Rəşid Musabah Bin Keşaiş Bakıda olmaqdan məmnun olduğunu söyləyib.
Qeyd edək ki, sentyabrın 11-də Bakıda FİDE-nin Baş Assambleyasının növbəti iclası öz işinə başlayacaq. Tədbirdə dünyanın 183 ölkəsinin şahmat federasiyalarının rəsmi nümayəndələri iştirak edəcək.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı