Bu gün start götürən güləş üzrə Azərbaycan çempionatında insident baş verib. Apasport.az saytının "sportnet.az"a istinadən məlumatına görə, 61 kq çəki dərəcəsində 1/4 final qarşılaşmasında Əli Rəhimzadə ilə Azad İsmayılov arasındakı görüş etirazla yekunlaşıb.
Qarşılaşma 1:1 hesabı ilə nəticələnsə də, hakimlər Rəhimzadənin daha fəal güləşdiyini əsas gətirərək, qalib elan ediblər.
Bundan narazı qalan İsmayılov hakimin qalibi elan etdiyi vaxt onun yanına gəlməkdən imtina edib. Üstəlik, o, rəqibinin uzatdığı ələ məhəl qoymayıb.
Görüşdən sonra isə İsmayılov narazılığını xalça kənarındakı münsiflər heyətinə bildirib. Lakin etirazlara baxmayaraq, qərar dəyişməyib.
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı