9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında veloyürüş keçirilib. Apasport.az saytının məlumatına görə, yürüşdə Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığma komandalarının üzvləri ilə yanaşı, 200-dən artıq həvəskar velosipedçi iştirak edib.
İştirakçılar Bayraq Meydanı - Azneft prospekti - Dəniz limanı - Heydər Əliyev Mərkəzi və əksinə istiqamətdə hərəkət ediblər. 16,5 km-lik yürüş paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Veloyürüş başladığı yerdə - Dövlət Bayrağı Meydanında başa çatıb.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən və birliyimizi əks etdirən yürüş artıq ənənə halını alıb və hər il Dövlət Bayrağı Günü ərəfəsində keçirilir.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı