[b]Federasiya kuboku uğrunda turnir keçirilib[/b]
02.06.2018 - 15:57
Şamaxıda növbəti cüdo turniri keçirilib. Apasport.az-ın Azərbaycan Cüdo Federasiyasının saytına istinadən məlumatına görə, regionlararası Federasiya kuboku uğrunda turnir bu ilin sentyabrında Bakıda baş tutacaq cüdo üzrə dünya çempionatının təbliğinə həsr olunub.
Region yarışında iki yarımqrupda ümumilikdə 6 komanda mübarizə aparıb. “Sumqayıt-1” və “Şimal-şərq” bütün rəqiblərinə qalib gəliblər.
Yekunda “Qərb-1” və “Şimal-şərq” klubları ikinci yeri bölüşüblər. "Naxçıvan” və “Sumqayıt-3” isə üçüncü pilləyə ortaq olublar.
Qeyd edək ki, final görüşləri Göygöl rayonunda baş tutacaq.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0