Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Olimpiya çəkiləri üzrə açıqlanan “Top-10” Azərbaycan üçün uğurlu saymaq olar.
Avqust üçün tərtib olunan siyahıda yığmamızın 4 taekvondoçusu yer alıb. Belə ki, Rio-2016-nın qalibi Radik İsayev +80 kq çəki dərəcəsində yenə də birincidi. Aktivində 482.93 xalı olan idmançımız ən yaxın izləyicisi Abdul İssfu (Niger) 76,62 xal qabaqlayır.
Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də bütün rəqiblərindən yüksəkdədi. B dəfə də liderliyini qoruyan təmsilçimiz ikinci yerdə olan Şeyx Saleh Junior Sissedən (Fil Dişi Sahili) 45.62 xal öndədi – 460,96.
68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə isə 9-cu pillədədi. Avropa Oyunlarının qalibi 192,17 reytinq xalına malikdi.
Olimpiya mükafatçımız Patimat Abakarova (49 kq) da Tağızadə kimi 9-cu yerdədi. Onun aktivində 211,53 xalı var.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub