Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, oktyabr ayı üçün açıqlanan siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar.
Belə ki, yığmamızın aparıcı cüdoçularından yalnız birinin mövqeyində dəyişiklik edilib. Tərlan Kərimov (66 kq) 35-ci yeri 36-ya dəyişib. Ondan fərqli, Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) yenə öz çəkisinin birincisidi.
Yığmamızın digər aparıcı cüdoçularına gəlincə, yenə İlqar Müşkiyev (60 kq) 14-cü, Nicat Şıxəlizadə (66 kq) 8-ci, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elxan Məmmədov (100 kq) 19-cu, Uşanqi Kokauri (+100 kq) 22-ci və Aişə Qurbanlı (48 kq) 40-dı.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı