Şahmat üzrə klublararası Avropa çempionatında iştirakçı komandaların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan noyabrın 5-13-də Serbiyanın Novi Sad şəhərində baş tutacaq yarışda yenə 2 komanda ilə təmsil olunacaq.
Ölkəmiz bu dəfə yalnız kişilərin deyil, qadınların da turnirində mübarizə aparacaq.
Belə ki, gözlənildiyi kimi SOCAR çempionata qatılmayacaq. Əvəzində Serbiyada ölkəmiz yalnız “Odlar Yurdu” ilə təmsil olunacaq. Bu klub həm kişilərin, həm də qadınların yarışında mübarizə aparacaq.
Ümumilikdə isə kişilərin turnirinə 61, qadınların yarışına 17 klub qatılacaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı