Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov “Corsican Sircuit” turnirində iştirakını başa vurub. Apasport.az saytının məlumatına görə, şahmatçımız nakaut sistemi ilə keçirilən rapid turnirə 1/8 finaldan start verib.
O, əvvəlcə Boqdan Daniel Deaka qalib gəlib. 1/4 finalda isə Rəcəbovun rəqibi Aleksandr Moissenko olub. Təmsilçimiz bu dəfə də qələbəyə sevinib və yarımfinala yüksəlib.
Bu mərhələdə isə dünya çempionu Vişvanatan Anandla qarşılaşan Teymur 0.5:1.5 hesabı ilə məğlub olaraq, turnirlə finalın bir addımlığında vidalaşıb.
Qeyd edək ki, finalda Anandın rəqibi Maksim Laqrave olacaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı