[b]Topalov Olimpiadanı tərk etdi[/b]
07.09.2016 - 14:29
Bakıda keçirilən Şahmat Olimpiadasını tanınmış sima tərk edib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın SOCAR klubunun da şərəfini qorumuş Veselin Topalov Bolqarıstan millisinin düşərgəsindən ayrılıb.
Dünya çempionunun ölkəmizi tərk etməsində əsas səbəb ikinci dəfə ata olmağa hazırlaşmasıdı. Belə ki, qrossmeysterin bu günlərdə ikinci qızı dünyaya gələcəyindən o, həyat yoldaşının yanına yollanıb.
Bununla da Bolqarıstan millisi Bakıda 4 şahmatçı ilə qalıb. Topalovun turnirin sonuna kimi qayıdıb və ya qayıtmayacağı dəqiqləşməyib.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0