Serbiyanın paytaxtı Belqradda taekvondo üzrə təşkil edilən “Serbia Open” beynəlxalq turnirinə yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, G1 kateqoriyalı yarışa 12 idmançı ilə qatılan gənclərdən ibarət Azərbaycan millisi 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.
Komandamızın heyətində Azay Qənbərli (45 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ayazın finalda rəqibi isə komanda yoldaşı Bəhruq Quluzadə olub.
Digər gənc taekvondoçulardan Qaşım Maqomedov (55 kq) və Əliəsgər Əliyev (68 kq) həlledici döyüşdə məğlub olaraq, yarışı gümüş medalla başa vurub. Onlardan fərqli, Əli Məmmədov (59 kq) və Aliyə Zeynalovanın (44 kq) isə yarımfinal mərhələsindəki rəqibləri keçilməz olub.
Qeyd edək ki, yığmamızı noyabrın 16-20-də dünya birinciliyi gözləyir. Yarış Kanadada keçiriləcək.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı