Beynəlxalq Gimnastika Federasiyasına yeni prezident seçildi
19.10.2016 - 14:18
Beynəlxalq Gimnastika Federasiyasının (FİG) rəhbər vəzifələrinə seçkilər keçirilib. Apasport.az saytının məlumatına görə, qurumun prezidenti vəzifəsinə Morinari Vatanabe seçilib.
Yaponiyalı seçkilərdə 100 səs toplayıb. FİG-in əvvəlki rəhbəri Bruno Qrandi bu dəfə namizədliyini verməyib.
Federasiyanın I vitse-prezidenti rusiyalı Vasili Titov seçilib. FİG-in digər vitse-prezidentləri isə ikiqat Olimpiya, beşqat dünya çempionu, belaruslu Nelli Kim və çinli Lo Çaoi olacaqlar.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0