Beynəlxalq Paralimpiya Komitəsi Rio-de-Janeyroda keçirilən XV Paralimpiya Yay Oyunlarının açılış mərasimində Rusiya bayrağını qaldıran Belarus idmançısı ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, komitənin mətbuat katibi Kreyq Spensi Belarus nümayəndə heyətinin üzvü Andrey Fomoçkinin akkreditasiyasının ləğv olunduğunu bildirib.
O, Belarusun İdman və Turizm Nazirliyi əməkdaşı olan Fomoçkinin hərəkətinin onlarla razılaşdırılmadığını, bu addımı öz istəyi ilə atdığını açıqlayıb.
Belarus prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidmətinin katibi Natalya Eysmont da məsələyə münasibət bildirib. O, A. Lukaşenkonun da Fomoçkini dəstəklədiyini qeyd edib: “Bu, dövlətin, o cümlədən ölkə prezidentinin, Paralimpiya Komitəsinin rəhbərinin mövqeyidi. Biz Rusiya paralimpiyaçıları ilə həmrəyik”.
Qeyd edək ki, sentyabrın 7-də “Marakana” stadionunda keçirilən açılış mərasimində Fomoçkin yarışlardan kənarlaşdırılan Rusiyanın bayrağını qaldırıb və təxminən arenanın 1/4 hissəni bu rəmzlə hərəkət edib. Bundan sonra təşkilatçılar bayrağı onun əlindən alıblar.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı