Azərbaycanın həvəskar xizəkçiləri ilk dəfə keçirilən Türk Dövlətləri Kubokunda iki medal qazanıblar.
Apasport.az xəbər verir ki, Türk Dövlətlərinin Xizək Kurortları İttifaqının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Özbəkistanın Əmirsoy Dağ Kurortunda həvəskarlar arasında xizək yarışı üzrə ilk dəfə Türk Dövlətləri Kuboku keçirilib.
Yarışda Azərbaycanı təmsil edən Ceyhun Balametov qızıl, Famil Valimotov isə bürünc medala sahib olublar.
Qeyd edək ki, fevralın 18-də baş tutan turnirdə Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan və Türkiyədən müxtəlif yaş kategoriyaları üzrə 50-yə yaxın xizəkçi iştirak edib. Qaliblər kubok və medallarla təltif olunublar. Türk Dövlətlərinin Xizək Kurortları İttifaqına Azərbaycanın Şahdağ, Özbəkistanın Amirsoy,Qazaxıstanın Şimbulak və Türkiyənin Uludağ Dağ Kurortları daxildir.
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib