Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Rusiya və Ermənistan yığmaları mübarizə aparıblar.
Komandamız turniri 5 qızıl və 4 gümüş medalla başa vurub. Belə ki, bütün rəqiblərinə qalib gələn Vüqar Hüseynov (49 kq), Nəbi İsgəndərov (60 kq), Səbuhi Abışov (64 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (+91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Tacəddin Məmmədov (49 kq), Tacəddin Maməliyev (56 kq), Cahid Qurbanov (75 kq) və Rəhim Əhmədli (+91 kq) isə ikinci yeri tutublar.
Bu göstərici ölkəmizi komanda hesabında birinci edib. Vüqar Hüseynov isə turnirin ən yaxşı boksçusu seçilib.
Qeyd edək ki, millimiz Vətənə bu gün qayıdacaq.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək