Yüksək Liqa: Təxirə salınmış oyuna təyinatlar açıqlanıb
07.04.2025 - 14:36
Yüksək Liqa: Təxirə salınmış oyuna təyinatlar açıqlanıb

Yüksək Liqada XIV turdan təxirə salınmış “Şuşa” – U-19 oyununa təyinatlar açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Qarşılaşmanı Hacıəli Ağayev, Kənan Məlikov və İmran Məhərrəmovdan ibarət hakimlər briqadası idarə edəcək. Hakim-inspektor Elçin Səmədli olacaq.

Qeyd edək ki, görüş aprelin 10-da, saat 16:30-da Olimpik Starda keçiriləcək.