[b]Zədədən qayıdan Karvaxal məşqlərə başladı[/b]
12.06.2018 - 14:09
“Real”ın və İspaniya millisinin müdafiəçisi Daniel Karvaxal zədəsini bərpa edib. Apasport.az saytının “As” nəşrinə istinadən məlumatına görə, futbolçu artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
Karvaxalın İspaniya yığmasının dünya çempionatında Portuqaliya ilə oynayacağı ilk qrup matçında meydana çıxıb-çıxmayacağı indilik bəlli deyil.
Qeyd edək ki, Daniel Karvaxal “Real” və “Liverpul” arasında oynanılan ÇL finalında sıradan çıxmışdı.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0