“Zirə” mövsümü qələbə ilə başa vurdu - YENİLƏNİB
25.05.2025 - 21:23
“Zirə” mövsümü qələbə ilə başa vurdu - YENİLƏNİB

Misli Premyer Liqasında 2024/2025 mövsümünə “Araz-Naxçıvan” – “Zirə” görüşü ilə yekun vurulub. 

Apasport.az xəbər verir ki, cari mövsümün son matçı saat 19:30-da start götürüb. 

Qarşılaşma “Liv Bona Dea Arena” baş tutub.

Gərgin keçən oyunun taleyini 1 qol həll edib. Matç "Zirə"nin minimalhesablı qələbəsi ilə yekunlaşıb. 

Misli Premyer Liqası

XXXVI tur

25 may

19:30. “Araz-Naxçıvan” – “Zirə” 0:1

Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev.

VAR: Nicat İsmayıllı.