Bakıda keçirilən Avropa çempionatına start verilir - YENİLƏNİR
21.08.2026 - 10:49
Bakıda keçirilən Avropa çempionatına start verilir - YENİLƏNİR

Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda mübarizəyə start veriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycan yığması turnirdə ilk sınağına Portuqaliya millisinə qarşı çıxacaq.

Milli Gimnastika Arenasında keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Qarşılaşmadan əvvəl, saat 18:15-də AVRO-2026-nın açılış mərasimi təşkil olunacaq.

Faiq Qarayevin rəhbərlik etdiyi milli C qrupunda Portuqaliya ilə yanaşı, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qüvvəsini sınayacaq. Qrupda ilk dörd pilləni tutan komandalar pley-off mərhələsinə yüksələcəklər.

Avropa çempionatının Bakıdakı qarşılaşmaları avqustun 28-dək Milli Gimnastika Arenasında keçiriləcək. Sentyabrın 6-dək davam edəcək turnirə Azərbaycanla birlikdə Türkiyə, İsveç və Çexiya ev sahibliyi edir.