“Zirə”nin daha bir futbolçusu Avropa klublarının maraq dairəsinə düşüb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, komandanın müdafiəçisi Ruan Renatoya ciddi müştərilər çıxıb.
Avropa və Asiyadan bir neçə klub braziliyalını heyətinə qatmaqda israrlıdır.
Lakin futbolçunun özü “Zirə”də qalmaq niyyətindədir. O, ən azı gələn mövsümün sonunadək komandadan ayrılmağı düşünmür.
Arxa xətt oyunçusunun qəsəbə təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. Klub rəhbərliyi də onunla sözləşməni yeniləməyi planlaşdırır.
Qeyd edək ki, Renato “Zirə”yə 2023-cü ilin yayında keçib. O, daha öncə “Qəbələ”də çıxış edib.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB