Daha öncə xəbər verdiyimiz kimi, “Zirə”nin futbolçusu Salifu Suma komandanı tərk etməyə yaxındır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, cinah oyunçusuna daha 3 müştəri çıxıb.
Hücumçu ilə Türkiyə nəhəngləri yaxından maraqlanır.
"Fənərbaxça" və "Beşiktaş" "Zirə"nin futbolçusunu transfer edir?
Bu barədə insayder Serhat Kantoğlu da paylaşım edib. Onun sözlərinə görə, “Fənərbaxça” və “Beşiktaş” Suma uğrunda mübarizəyə qoşulub.
Qardaş ölkə təmsilçiləri futbolçu üçün “Zirə” ilə əlaqəyə də keçiblər.
Lakin hələ ki, “sarı-lacivərdlilər” və “Qara qartal” Salifu üçün klubuna rəsmi təkliflə çıxış etməyiblər.
Fransa nəhəngi Suma uğrunda mübarizəyə qoşulur?
Həmçinin mətbuatda onun xidmətində Fransa “Monako”sunun da maraqlı olduğuna dair xəbərlər yayılıb.
Mənbəyə inansaq, knyazlıq təmsilçisi hələ ki, gözləmə mövqeyindədir.
"Zirə" Salifu Suma transferindən nə qədər qazanmaq niyyətindədir?
Kiyev “Dinamo”su isə gənc forvard üçün "Zirə"yə 1 milyon avro təklif edib. Amma "qartallar" Sumanı bu məbləğə buraxmaq niyyətində deyil.
Klub qvineyalının keçidindən azı 1,5 milyon avro qazanmağı planlaşdırır.
Hazırda ukraynalılar Suma üçün yeni təklif hazırlayırlar.
Qeyd edək ki, Sumanın qəsəbə təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
- "Neftçi" derbi hazırlığını yekunlaşdırıb - FOTO
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"