"Zirə"nin legionerləri milli komandalarına dəvət alıblar
16.03.2025 - 14:46
"Zirə"nin legionerləri milli komandalarına dəvət alıblar

“Zirə”nin 3 legioneri ölkələrinin millilərinə dəvət alıblar.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 İssa Cibriela Niger, Anje Mutsinzi Uqanda, Rikardo Martins Gimaraynş isə Mozambik yığmalarının qarşıdakı oyunları üçün heyətə çağırılıblar.