ABL: NTD "Abşeron"a məğlub olub - YENİLƏNİB
19.10.2024 - 14:34
ABL: NTD "Abşeron"a məğlub olub - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasının ilk turunda növbəti qarşılaşma baş tutub.

Apasport.az xəbər verir ki, NTD və "Abşeron" komandaları üz-üzə gəlib.

A qrupunda yer alan kollektivlərin Bakı İdman Sarayında keçirilən görüşündə “Abşeron” qələbə qazanıb - 75:69.

Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. 

***

09:34

Azərbaycan Basketbol Liqasında cari mövsümün ilk turunda bu gün daha iki qarşılaşma baş tutacaq.

Apasport.az xəbər verir ki, əvvəlcə NTD və "Abşeron" komandaları üz-üzə gələcək.

Bölgə təmsilçiləri Bakı İdman Sarayında görüşəcək. Matç saat 12:30-da başlayacaq.

Digər qarşılaşma isə "Lənkəran" və "Gəncə" arasında olacaq. Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək oyunun start fiti saat 14:00-da səsləndiriləcək.

Hər iki oyun A qrupunda baş tutacaq.

Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq.

0