MBA-da rekord qiymətə klub satılıb.
Apasport.az xəbər verir ki, 2004-cü ildə “Finiks Sans”ı dövrünün ən yüksək məbləğinə - 401 milyon dollara alan Robert Sarver komandanı satdığını açıqlayıb.
Amerikalı iş adamı Met İşbia klub üçün 4 milyard dollar ödəyib. O, bu qiymətə “Finiks Sans”la “Finiks Merkuri”nin yeni sahibi olub.
İşbianın sözlərinə görə, qardaşı da kluba yatırım edəcək. Hər iki kollektivin də çox güclü tərəfdar dəstəyinə malik olduğunu deyən yeni prezident həyəcanlı olduğunu da gizlətməyib.
Qeyd edək ki, satış müqaviləsi rəsmiləşdikdən sonra “Finiks Sans” MBA tarixinin ən bahalı klubu olacaq.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri