Millimizdən növbəti məğlubiyyət
05.12.2022 - 09:45
Gürcüstanın Qori şəhərində 17 yaşadək oğlan voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın III turunda da Azərbaycan millisi qələbə qazana bilməyib.
Cəlil Baxtiozinin rəhbərlik etdiyi yığma Polşa və Estoniyanın ardınca Latviyaya da uduzub. Komandamız 1:3 (16:25, 27:25, 10:25, 13:25) hesabı ilə məğlub olub.
Millimiz növbəti qarşılaşmasını ev sahiblərinə qarşı keçirəcək.
Qeyd edək ki, yarışın qalibi AVRO-2023-ün final mərhələsinə vəsiqə əldə edəcək.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri
0
0