
2025/2026 mövsümü üçün Çempionlar Liqasının əsas mərhələsinə biletlər öz sahiblərini tapmaqda davam edir.
Apasport.az xəbər verir ki, ötən gün "Qalatasaray" Türkiyə çempionu olub və qitənin əsas klub turnirinin liqa mərhələsinə vəsiqəni təmin edib.
Xatırladaq ki, əsas mərhələdə 36 komanda mübarizə aparacaq. 29 komanda birbaşa, daha 7-si isə yayda seçmə mərhələlərdən sonra Liqa mərhələsinə yüksələcək.
Artıq 22 komanda Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edib:
İngiltərə: "Liverpul", Arsenal.
İspaniya: "Barselona", "Real Madrid", "Atletiko", "Atletik".
İtaliya: "Napoli", "İnter", "Atalanta".
Almaniya: "Bavariya", "Bayer", "Ayntraxt", "Borussiya Dortmund".
Fransa: PSJ, "Marsel", "Monako".
Hollandiya: PSV, "Ayaks".
Portuqaliya: "Sportinq".
Türkiyə: "Qalatasaray".