Bu gün UEFA Avropa Liqasının liqa mərhələsində II turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, günün maraqlı qarşılaşmalarından biri Almaniyada baş tutacaq.
Türkiyənin “Beşiktaş” klubu səfərdə “Hoffenhaym”la üz-üzə gələcək.
Vinçenzo İtalianonun yetirmələri çətin səfərdən xal və xallarla qayıtmağı hədəfləyir.
İstanbul təmsilçisi turnirə qələbə ilə başlayıb. “Beşiktaş” ilk turda doğma meydanda Fransanın “Marsel” klubunu 4:1 hesabı ilə məğlub edib.
“Hoffenhaym” isə ilk qarşılaşmasında uğursuz nəticə ilə üzləşib. Almaniya təmsilçisi Yunanıstanda OFİ klubuna 0:2 hesabı ilə uduzub.
UEFA Avropa Liqası
Liqa mərhələsi, II tur
15 oktyabr
23:00. “Hoffenhaym” (Almaniya) – “Beşiktaş” (Türkiyə)
- “Aston Villa”dan “Fənərbaxça”ya 6 cavabsız qol, ÇL-də günün nəticələri - YENİLƏNİB
- Çexiya - Azərbaycan matçının təyinatları bəlli oldu
- “Fənərbaxça”nın oyunu bu kanallarda - TV AFİŞA
- Azərbaycan klublarından yeni rekord
- ÇL: "Barselona" “Qalatasaray” səfərindən 3 xalla qayıdır, “İnter” evində uduzdu - YENİLƏNİB