
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna start verilib.
Apasport.az xəbər verir ki, “Barselona” İspaniyada “Olimpiakos”u qəbul edib.
7 qolun vurulduğu matçda sevinən tərəf kataloniyalılar olub. Oyun ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Turnirin son çempionu PSJ isə "Bayer"i səfərdə 7:2 hesabı ilə darmadağın edib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
21 oktyabr
20:45 "Barselona" (İspaniya) – "Olimpiakos" (Yunanıstan) 6:1
20:45 "Kayrat" (Qazaxıstan) – "Pafos" (Kipr) 0:0
23:00 "Arsenal" (İngiltərə) – "Atletiko" (İspaniya) 4:0
23:00 "Bayer" (Almaniya) – PSJ (Fransa) 2:7
23:00 "Kopenhagen" (Danimarka) – "Borussiya" (Dortmund, Almaniya) 2:4
23:00 "Nyukasl" (İngiltərə) – "Benfika" (Portuqaliya) 3:0
23:00 PSV (Niderland) – "Napoli" (İtaliya) 6:2
23:00 "Yunion" (Belçika) – "İnter" (İtaliya) 4:0
23:00 "Vilyarreal" (İspaniya) – "Mançester Siti" (İngiltərə) 0:2